banner
banner

Hərbİ

Orduda papaqsız hərbi salamlaşmağa icazə verildi

Orduda papaqsız hərbi salamlaşmağa icazə verildi

Azərbaycan Silahlı Qüvvələrində baş geyimi olmadan hərbi salamlaşmağa icazə verilib.

Bu barədə azeridefence.com saytına hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, sıra duruşunda və papaq tutuşu və yerişdə salam verərkən sıra addımı ilə yerimək ləğv olunub. “Azad” vəziyyəti buna qədər mərasimlərdə tətbiq olunan “azad” vəziyyəti ilə əvəz olunub. Yəni həm “azad”, həm də “mərasim azad” vəziyyətində əllər arxada olur.

Məsələ ilə bağlı “AzeriDefence”-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Sıra Nizamnaməsinə əsasən əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilir.

“Nizamnamədə sıradan kənarda yerində vəziyyətində və hərəkətdə başıaçıq olarkən əsgəri salamlaşma ümumi qaydada, yəni sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmaqla verilir”, - deyə nazirlikdən aydınlıq gətirilib.

Qeyd edək ki, NATO ölkələrinin orduları da daxil olmaqla, dünyanın əksər ölkələrində papaqsız hərbi salamlaşma mövcuddur.

Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində hərbi salamlaşma üçün papaq və kəmərin olması şərt idi. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunduqdan az sonra kəmər ləğv olunub (yalnız xidmət zamanı taxılır).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.