ABŞ Konqressinin Senatı konqressmen namizədliyi prezident Donald Tramp tərəfində irəli sürülən Ceyms Braydenstaynı ölkənin Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsinin (NASA) direktoru vəzifəsinə təsdiqləyib.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Qeyd olunur ki, onun namizədliyi, demokratların qarşı çıxmasına baxmayaraq, lazımi səs çoxluğu ilə dəstəklənib.
Beləliklə, 42 yaşlı Braydenstayn 2009-2007-ci illər ərzində NASA-nın başçısı olan Çarlz Boldenin xələfi olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.