banner
banner

Gündəm

"Red Bull" pilotları Formula-1-in Bakı trası barədə

"Red Bull" pilotları Formula-1-in Bakı trası barədə

Digər şəhər traslarından fərqli olaraq Bakıda ötmə həyata keçirmək olur, burada Monako və Sinqapurdan fərqli olaraq ötmə üçün yerlər çoxdur.

Trend-in məlumatına görə, bunu aprelin 27-29-u Bakıda keçiriləcək Formula-1 Qran-prisi ərəfəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo deyib.

O bildirib ki, Bakıda ən çətini tormozlamadır:

“Burada elə yerlər var ki, mümkün qədər gec əyləcə basmaq lazımdır, və sizin səhv etmək ixtiyarınız yoxdur. Əgər tormozlama vaxtı təkərləri bloka qoysanız, növbəti an divara çırpıla bilərsiniz. Mən deyərdim ki, Bakıda ən çətin məsələ tormozlama ilə özünə əminlik arasındakı həddi tapmaqdır”.

Onun sözlərinə görə, Bakıda ən böyük çətinliklərdən biri də tormozlama zamanı hücum etməkdir:

“Bu, həm də sürətli trasdır. Monakoda tras bu dərəcədə sürətli, orada əsas diqqət döngələrin keçilməsinə ayrılır. Küçə trasını təkcə sevmək yox, ona həm də hörmət etmək və onun xüsusiyyətlərini başa düşmək lazımdır. Sürətli getmək üçün makismal həddə hücum etmək və səhv buraxmamaq lazımdır”.

D.Rikkardı xatırladıb ki, ötən il Bakıdakı yarış möhtəşəm alınmışdı.

 

“Red Bull Racing”in digər pilotu Maks Ferstappen ötən illə müqayisədə bu il daha uğurlu çıxışı edəcəyinə ümid etdiyini deyib:

“Ötən il buradakı yarış mənim uğursuz alındı. Maşın sürətli olsa da, mən bir sıra problemlərlə üzləşdim və yekunda fəxri kürsünü, bəlkə də qələbəni əldən verdim”.

Pilot vurğulayıb ki, trasın Qız qalası yaxınlığında yerləşən hissəsi televiziyada çox gözəl görünür:

“Bu sahədə tras çox dardır, maşını çox dəqiq idarə etmək lazımdır. Burada səhv etmək olmaz”.

M.Ferstappen qeyd edib ki, Bakı gözəl şəhərdir:

“Eşitmişəm ki, buranın mətbəxi çox gözəldir. Bu il çalışacağam ki, onun dadına baxım”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.