Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış
Müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılma səbəbi bəlli olub. Ayrılığa səbəb Aslının qısqanclığı olub.
Belə ki, Muradın getdiyi hər yerdə Enverin tez-tez ona zəng vurması və onu narahat etməsi ifaçını əsəbiləşdirib və o, “Aslı bəsdir” deyərək ayrılmaq qərarına gəlib. Məlumata görə, hətta sonradan aktrisa barışıq üçün müğənniyə zəng vurduğu üçün Boz nömrəsini də dəyişib və dincəlmək üçün Mayamiyə gedib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.