Torontoda mikroavtobus piyadaların üzərinə sürülüb: 9 ölü, 16 yaralı
anadanın Toronto şəhərində mikroavtobusun piyadaların üzərinə sürülməsi nəticəsində 9 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bunu Toronto şəhər polisinin rəis müavini Piter Yuen bildirib.
P. Yuen deyib: "Hazırda 9 nəfərin öldüyü və 16 nəfərin yaralandığını təsdiq edə bilərik".
XXX
00:32
Kanadanın Toronto şəhərində mikroavtobus piyadaların üzərinə sürülüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Onlardan 5-nin vəziyyəti çox ağır, birinin ağır, digərinin isə orta-ağır kimi qiymətləndirilir.
Toronto polisi mikroavtobusun sürücüsünü saxlayıb.
XXX
23:57
Kanadanın Toronto şəhərində naməlum şəxs mikroavtobusu piyadaların üzərinə sürüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 10 nəfərə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Yerli polis "Twitter"də bildirib ki, hadisə baş verən rayon mühasirəyə alınıb.
Qeyd edək ki, Torontoda 21-23 aprel "G7" ölkələrinin nazirlərinin görüşü keçirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.