Bakının “Formula-1" yarışlarına ev sahibliyi etməsinə 2 gün vaxt qaldı. Belə ki, aprelin 27-29-da keçirilməsi planlaşdırılan ”Formula-1" Azərbaycan Qran-Prisi ard-arda olmaqla Bakıda üçüncü dəfə baş tutacaq.
Bakı Şəhər Halqasından “Yeni Müsavat”a bildirilib ki, artıq yarışla bağlı son tamamlama işləri görülür.
Aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər trekin keçdiyi bütün yollarda avtomobilin hərəkəti məhdudlaşdırılıb.
Eyni zamanda Bulvar ərazisinə də giriş məhdudlaşıb. Yollarda isə qoruyucu və treki görməni məhdudlaşdıran örtüklər çəkilib. Yarışı yalnız tribunalardan və müvafiq yerlərdən izləmək mümkün olacaq. Bundan əlavə, şəhərin mərkəzində, Qoşa Qala qapılarının önündə xüsusi avadanlıqlar, tibb məntəqəsi quraşdırlıb ki, bundan da yarış zamanı istifadə olunacaq.
Hər il olduğu kimi bu il də Bakı şəhərində keçiriləcək yarışı izləmək və işıqlandırmaq üçün həm yerli, həm xarici media nümayəndələri qeydiyyatdan keçiblər. Bildirilib ki, jurnalistlərin akkreditasiya kartları 25 aprel tarixində saat 15:00-da gələcək. Bu, ötənilki yarışlarda da belə olub. Jurnalistlərin akkreditasiya kartları yalnız yarışa 2-3 gün qalmış verilir.
Yarış üçün Bakı artıq, demək olar ki, hazırdır.
Bakı Şəhər Halqasının yaydığı məlumata görə, “Formula-1" Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb. Qeyd olunub ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.
Bundan əlavə, komandaların avadanlıqları da Bakıya gətirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilib. Daha bir reys bu həftə yerinə yetiriləcək.
Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.
2018 “Formula-1" Azərbaycan Qran -Prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.