Dövlət Departamenti: “Vaşinqton Ermənistanın yeni hökuməti ilə sıx çalışmağı səbirsizliklə gözləyir”
ABŞ Ermənistanda hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək üçün bütün tərəfləri konstruktiv danışıqlara çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.
“Qarşıdakı günlər erməni xalqı və onun seçdiyi liderləri üçün tarixi məqamdır, çünki onlar yeni hökumətin formalaşdırılması prosesinə start verirlər. Hakimiyyətin dinc şəkildə ötürülməsini təmin etmək üçün bütün tərəfləri Konstitusiya, qanunlar çərçivəsində konstruktiv danışıqlara çağırırıq”, - deyə Hezer Nauert bildirib.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Vaşinqtonun yeni hökumətlə qarşılıqlı maraq doğuran bir çox sahədə sıx çalışmağı səbirsizliklə gözlədiyini vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.