banner
banner

Gündəm

İki icra başçısının milyonluq maxenasiyası

İki icra başçısının milyonluq maxenasiyası

Kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən azad olunması ciddi maliyyə maxenasiyaları ilə bağlı olub. Bununla bağlı CİA.AZ saytının apardığı araşdırmaları nəzərinizə çatdırırıq. Aydın olur ki, ötən il prezident İlham Əliyevin tapşırığı ilə kənd təsərrüfatının inkişafı üçün bir sıra rayonlara ciddi göstərişlər verilib və dövlət vəsaiti hesabına bəzi sahələrin inkişafı Kənd Təsərüfatı Nazirliyi ilə yerli icra hakimiyyəti başçılarına tapşırılıb. Əsas məqsəd bambıqçılığın inkişafı olub. Amma ortada olan faktlar sübut edir ki, adı çəkilən qurumların rəhbərləri durumdan istifadə edərək tamam başqa məqsədlərini həyata keçiriblər. Belə ki, ilk növbədə Neftçala rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, keçmiş nazir Heydər Əsədovun “razılığını” alandan sonra rayonda əsas məqsədlərini həyata keçirib. İsmayıl Vəliyev yerli fermerləri bir araya toplayaraq bəyan edib ki, önəmli olan taxılçılıq və kartofçuluq deyil, bütün güc pambıqçılığa verilməlidir. Amma bəzi sahibkarlar bildiriblər ki, onlara məxsus ərazidə pambıq yetişdirmək mümkün deyil. Bundan sonra İsmayıl Vəliyev, sahibkarlar arasında seçim etməyə başlayıb. Özünə yaxın sahibkarlara tam sərbəstlik verilib ki, torpaqdan istədikləri kimi istifadə edə bilərlər.Yerdə qalan sahibkarların etirazları isə qəbul edilməyib. Nəticədə minlərlə hektar ərazilərdə pambıq əkilsədə lazımi nəticə əldə olunmayıb. Bununla da bir neçə sahibkar tam müflis olub, dövlət büdcəsindən isə yeyintilər olub. Eyni olay İmişlidə də baş verib. Hər zaman sahibkarlara qan udduran icra başçısı Vilyam Hacıyev də İsmayıl Vəliyev kimi yaxın sahibkarlara sərbəstlik verib, prinsip apardığı sahibkarları isə çıxılmaz duruma salıb. Nəticədə İmişlidə də gözlənilən nəticələr əldə edilməyib. Çox böyük ehtimal ki, yeni kənd təsərrüfatı naziri hər iki rayonda baş verənləri araşdıracaq və bundan sonra icra başçıları ilə bağlı məsələyə baxılacaq. CİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.