Ermənistanda Cənub Hərbi Dairəsinin təlimləri başlayıb
Rusiya Cənub Hərbi Dairəsinin artilleriya tağımları federasiyanın Ermənistandakı Alagəz təlim-məşq kompleksində təlimlərə başlayıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, tədbirdə 400-ə yaxın hərbçi iştirak edir. Məlumata görə, martın sonunda başa çatacaq təlimlər iki min metrlik yüksəklikdə keçirilir. Təlim zamanı topçuların taktiki, texniki, döyüş silahlarından istifadəsi ilə bağlı hazırlıqları yoxlanılacaq.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.