banner
banner

Gündəm

Bakıda iş mərkəzində baş verən yanğın söndürülüb – YENİLƏNİB -VİDEO

Bakıda iş mərkəzində baş verən yanğın söndürülüb

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb.

****

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

 Bakıda yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Minval.İnfo xəbər verir ki, bu barədə oxucular redaksiyaya video göndəriblər. Görüntülərdən aydın olduğu kimi,  binanın dam hissəsində tüstülənmə yaranıb.

Hazırda yanğın şiddətli şəkildə davam edir və baş vermə səbəbi barəsində məlumat yoxdur. FHN yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb ediliblər.

Qeyd edək ki, bu binada daha əvvəllər də yanğın hadisəsi baş vermişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.