Müğənni Nura Suri dünən məşhur ifaçı Kristina Aqileranın konsertindən sonra taksi sürücülərinin turistlərlə davranışını tənqid edib. Sənətçi "Facebook"da yazıb ki, sürücülər qısa məsafəli yollar üçün turistlərdən qat-qat baha qiymət tələb ediblər:
"Dünən "Crystall Hall"dakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi sürücülərin buna icazə verməməsi olub. Onlar burada elə-belə durduqlarını deyiblər. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər.
Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.
Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər? Bu nə xasiyyətdir? Tutaq ki, sən 400 manat aldın, o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da. Niyə Azərbaycanı biabır edirsən? Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar? Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq? Bu nə biabırçılıqdır?".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.