banner
banner

Şou

Dua Lipa Bakıda şou göstərdi - Fotolar

Dua Lipa Bakıda şou göstərdi

Dünən Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra “Baku Crystal Hall”da əyləncə proqramı təşkil edilib.

Dünyanın ən tanınmış müğənnilərindən olan Dua Lipa Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq ötən il “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

Duanın “YouTube”da baxış sayı 1 milyardı keçən “New rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olub. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.

Dua Lipanın konsertindən sonra məşhur DJ Martin Solveig səhnəyə çıxıb.

Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm şou ilə başa çatıb.

 













Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.