banner
banner

Hərbİ

Ermənistanda silahlar işə düşdü

Ermənistanda silahlar işə düşdü

Son vaxtlar gərgin günlərini yaşayan işğalçı Ermənistanda növbəti qanlı hadisələr baş verməkdədir. Paytaxt İrəvanda silahlı insident baş verib. (ANS) Ermənistan mətbuatının məlumata görə, şəhərin Nubaraşen rayonunda avtomatla silahlanmış naməlum şəxslər “Nubaraşen” həbsxanasına hücum çəkiblər. Atışma nəticəsində 3 nəfərin öldürüldüyü bildirilir. Onlardan biri hadisə yerində, ikisi isə xəstəxanada keçinib. İrəvan polisi hadisə yerinə gəlib. Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.

Sərkisyan hakimiyyətinə qarşı etirazların gücləndiyi bir zamanda “Çiçəklənən Ermənistan” Partiyasına qarşı prezident Serj Sarkisyan və onun komandası tərəfindən edilən təzyiqlər nəticəsini verib. Belə ki, partiyanın rəhbəri milyarder Qaqik Sarukyan istefaya göndərilib və onun yerinə yenisi gətirilib. Məlumata görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Partiyanın ölkənin Milli Məclisdə təmsil olunan “Çiçəklənən Ermənistan” fraksiyasının iclasında Q.Sarukyanın yerinə fraksiya katibi Naira Zoqrabyanın təyinatı ilə bağlı təklif bəyənilib.
Partiyanın Siyasi Şurasının sədr vəzifəsi keçmiş şəhərsalma üzrə nazir işləmiş Vardan Vardanyana etibar edilib. Hansı ki, onun adı Milli Kitabxana binasının təmiri zamanı sui-istifadə faktı üzrə açılan cinayət işində hallanır.

Xatırladaq ki, fevralın ortalarında iqtidarda olan “Respublika” partiyasının iclasında prezident Serj Sarkisyan Qaqik Sarukyan haqqında xoşagəlməz ifadələr işlədib, onu ölkə üçün şər qüvvə adlandırıb və ölkənin Təhlükəsizlik Şurasının üzvlüyündən azad edib.//Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.