Etirazçılar Yerevanda meydana toplaşırlar: bu gün yeni baş nazir seçiləcək
Bu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir.
Trend-in məlumatına görə, Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.
Etirazçılar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər.
Həmçinin Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə paytaxtın mərkəzində sakitlik olduğu bildirilir.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.