banner
banner

Sosİal

Havalar kəskin soyuyacaq

Havalar kəskin soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, axşama doğru isə daha da kəskinləşəcəyi gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq və axşam daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzədək davam edəcək. Arabir yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturunun oktyabrın 19-u günün birinci yarısında 20-25 dərəcə isti təşkil edəcəyi, axşam saatlarından başlayaraq kəskin, 10-12 dərəcə aşağı düşəcəyi, oktyabrın 20-də isə gecə və gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir.

Respublikanın rayonlarında isə oktyabrın 19-da şimal və qərb bölgələrindən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Oktyabrın 19-dan 20-si gündüzədək güclü qərb küləyi əsəcək.

Havanın temperaturu oktyabrın 19-u axşamdan başlayaraq oktyabrın 20-də ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı düşəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.