Bu gün "İstanbullu gəlin"də "Sürəyya" obrazına həyat verən aktrisa Aslı Enverin doğum günüdür.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanı sosial mediadan bir çox məşhurlar təbrik edib.
Onlardan biri də müğənni Demət Akalındır. O, Enverin uşaqlıq fotosunu paylaşaraq "Səni tanımadan sevən can bir dost. Yaxşı ki, doğulmusan, gözəllik" yazıb.
Qeyd edək ki, 34 yaşı olan Aslı bir dəfə ailəli olub. O, 2012-2015-ci illərdə aktyor Birkan Sokullu ilə evli olub. Ötən ildən isə müğənni Murad Bozla sevgili olan aktrisa ötən ay ondan da ayrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.