Məleykə Abbaszadə: Sumqayıtda abituriyentlərin intiharı baş verəndə nəticələr hələ açıqlanmamışdı
"Sumqayıtda abituriyentlərin intiharı baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı".
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda mayın 13-də keçirilən qəbul imtahanlarından sonra iki tələbənin az bal toplama səbəbindən intihar etməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
M.Abbaszadə qeyd edib ki, valideynlər uşaqlarının gələcəyi, onların qəbul imtahanlarında iştirakı məsələsinə olduqca həssas yanaşmalıdırlar: "Mən həmişə öz çıxışlarımda valideynlərə müraciət edirəm. Bu prosesdə valideynlərdən çox şey asılıdır. Ailə istəyir ki, övladı ali təhsil alsın, bunu onun xoşbəxtliyi üçün istəyir. Lakin uşaq oxumaq istəmirsə, onu məcburi olaraq kitab oxumağa məcbur edirlər. Bəlkə uşağın hansısa sahə üzrə daha yaxşı bacarığı, əl qabiliyyəti var, o işlə məşğul olmaq istəyir. Bu yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmək düz deyil".
M.Abbaszadə əlavə edib ki, abituriyentlərin intiharı məsələsini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək düzgün deyil: "Bu, bizə aid olan problem deyil. Bizim müxtəlif maarifləndirici çarxlarımız var. Orada imtahana necə hazırlaşmaq lazımdır və s. kimi maarifləndirici məlumatlar var. Valideynlər bu materiallarla tanış olmalıdır".
Qeyd edək ki, mayın 13-də keçirilən qəbul imtahanlarından sonra iki abituriyent çoxmərtəbəli binadan özünü ataraq intihar edib. Yaxınları uşaqların qəbul imtahanlarında az bal topladıqları üçün intihar etdiyini bildiriblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.