Məşhur cütlük - model Krissi Teyqen və musiqiçi əri Con Lecend ikinci dəfə valideyn olublar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə model “Twitter” səhifəsində “Bir nəfər artıq buradadır” qeydini yazaraq məlumat verib. Teyqen və Lecendin oğlu dünyaya gəlib.
Qeyd edək ki, 32 yaşlı Krissi ilə 39 yaşlı Con 2007-ci ildə “Stereo” klipinin çəkilişi zamanı tanış olublar. Cütlüyün Luna Simona Stivens adlı qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.