MTRŞ yeni açılacaq iki IP TV kanalı barədə: Efirə aidiyyətləri yoxdur
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda yeni açılacaq iki IPTV kanalının fəaliyyətinə aydınlıq gətirib.
MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Trend-ə deyib ki, bunlar internet TV-lərdir:
“Yəni IPTV kabel şəbəkəsi yayımının bir növüdür. Sadəcə olaraq burada kabel vasitəsilə deyil, internet vasitəsilə müəyyən televiziya kanallarının abunəçiyə ötürülməsi nəzərdə tutulur. Bu fəaliyyət lisenziya tələb etdiyindən MTRŞ hər iki kanala lisenziya verib. Bunların efirə aidiyyəti yoxdur”.
Qeyd edək ki, mayın 16-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
İclasda “Farrux Teleradio” MMC-nin və “Shakh Telecom” MMC-nin IPTV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) üçün müddətsiz lisenziya verilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.