banner
banner

Gündəm

DYP-dən XƏBƏRDARLIQ! Bu dəfə onların videosunu çəkən sürücülərə

DYP-dən XƏBƏRDARLIQ!

DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

İdarədən Trend-ə verilən məlumata görə, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: “Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini “qəhrəmanlıq” kimi qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sag-salamat evlərinə qayıtması üçün xidmət aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının “saxla” işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xahiş edilir ki, təhlükəsizliyiniz naminə qaydalara riayət edəsiniz".

 

DYP-dən həmçinin bildirilib ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.