Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nəbil əl-Ərəbi bazar ertəsi regiondakı təhdidlərlə mübarizə üçün birləşmiş ərəb qoşunlarının yaradılmasının zəruri olduğunu bəyan edib, “Anadolu” agentliyi xəbər verir.
Ərəb hökumətləri terrorizmlə mübarizə, sülhə dəstək, humanitar yardımın çatdırılması və mülki əhalinin qorunması üçün birgə qüvvələrin yaradılması məsələsini nəzərdən keçirməlidirlər, deyə, əl-Ərəbi ƏDL-in Qahirədə keçirilən xarici işlər nazirləri iclasında bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.