“Heç kəs həftədə 48 saatdan çox işləməməlidir” –AÇIQLAMA
Avropa məhkəməsi işçilərin işə gələrkən yolda sərf etdikləri vaxtın iş saatı kimi hesablaması haqqında qərar qəbul edib.
ARB TV-nin “Günə doğru” verilişi iş yerindən uzaqda yaşayanların yolda olma müddətinin iş vaxtına salınması haqqında süjet hazırlayıb.
Qəbul edilən qərar yalnız konkret iş məkanı olmayanlara aid edilib. Tələblərdən biri budur ki, heç kəs həftədə 48 saatdan çox işləməməlidir. Bəs ölkəmizdə bu qərarın tətbiqi nəyə gətirib çıxara bilər?
Sahib Məmmədov – Ekspert: “Hamı çalışacaq ki, yaxın yerlərdə yaşayanları işə götürsün. Bu da diskriminasiyaya gətirəcək. O misal üçün yola sərf edəcək 2 saat, siz də onun pulunu ödəməli olacaqsız. Kim ölçəcək ki, o neçə dəqiqəyə gəlməlidir?”
Belə olanda da müxtəlif bəhanələr yaranacaq. Bir gün tıxac bir gün nəqliyyatın vaxtlı-vaxtında gəlməməsi əlavə problemlər yaradacaq. Ancaq qanunvericiliyimizdə iş üçün yolda sərf olunan vaxtın ödənilməsi tam məhdudlaşdırılmayıb. Ekspertlərin açıqlamalarına görə, bu qanun tətbiqi yalnız əmək müqaviləsi ilə çalışanlarda problem yaradacaq. Mülki müqavilə ilə çalışanlar asanlıqla bunu tətbiq edə bilər. Tərəflər yoldakı vaxt sərfinin pulunu müqavilədə göstərə bilər.
Sahib Məmmədov – Ekspert: “Çağırarlar ki, məsələn Lökbatandan Bakıya, o deyə bilər ki, mənim gəlib getməyimə də vaxt itkisi var, onun da pulunu ödəyin”.
Avropa məhkəməsinin qərarı insanların vaxt itkisinin minimuma endirilməsi məqsədini daşıyır. Millət vəkili Fazil Mustafa ən əvvəl iş saatlarını azalmasından başlamağın daha vacib olduğunu deyir.
Fazil Mustafa – Millət vəkili: “İş saatı 7 saata endirilə bilər, qalan 1 saat isə gediş-gəliş üçün nəzərdə tutula bilər. Məmurlar üçün tətbiq oluna bilər. Amma bunu kütləvi formada tətbiq etməkdə böyük maddi problemlər ortaya çıxacaq. Əmək haqqının ödənilməsində problemlər çıxacaq”.
İş saatı ilə bağlı dünya ölkələrində müxtəlif vaxt tətbiq olunur. Məsələn, Monteneqroda iş saat 7-dən 15:00-dəkdir. Bu da işdən sonra insanların müəyyən mənada digər işlərinin həllində ona sərbəstlik verir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.