“Facebook” saxta sosial şəbəkə istifadəçiləri hesabını siləcək.
ANS PRESS-in məlumatına görə, dünyanın populyar sosial şəbəkə nəhəngi olan “Facebook” qısa bir müddət ərzində həyata keçirəcəyi planların arasında aktiv olmayan istifadəçilərin səhifə bəyənmələrini (“like”) deaktiv edəcəyini də bildirib.
Yeni prosedurun başladılması ilə bir sıra səhifələrdəki bəyənmə sayının da aşağı düşəcəyi gözlənilir. Bu barədə şirkət bloq səhifəsində xəbər yayımlayıb. Xəbərdə bildirilir ki, sosial şəbəkə istifadəçiləri içində aktiv olmayan, dünyasını dəyişən, ya da açdığı hesabı istifadə etməyənlərin bəyəndikləri səhifələrdəki “like”lar geri götürüləcək.
Şirkət bu olanı üzümüzə gələn həftələrdən birində həyata keçirəcək. Beləliklə, saxta hesablarla səhifə üzvü sayını atıranları dramatik vəziyyət gözləyir.
Qeyd edək ki, 2004-cü ildən bəri fəaliyyət göstərən "Facebook" şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır. 1,38 milyard “Facebook” istifadəçisinin təxminən 600 milyonu Facebook şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.