Hüseyn Abdullayevin istintaqda adını "satdığı" AXCP üzvü azadlıqda...
Mayın 9-da həbs edilən AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidov azadlığa buraxılıb.
Mayın 22-də axşam saatlarında Nərimanov rayon məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Mirfeyzulla Seyidov hazırda öz evindədir. Bu barədə onun vəkil Cavad Cavadov məlumat verib.
Qeyd edək ki, Mirfeyzulla Seyidov barəsində mayın 10-da Nərimanov Rayon Məhkəməsi 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. AXCP üzvü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.
O, səhhətinin ağır olması ilə əlaqədar azadlığa buraxılıb. Həbs edildiyi ilk gündən M.Seyidovun bir ay öncə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən "Quska" ləqəbli biznesmen, keçmiş deputat Hüseyn Abdullayevin ifadəsi əsasında barəsində cinayət işi açıldığı iddiaları səslənir. Hətta "Quska"nın istintaqda onun ölkədən kənardan AXCP lideri Əli Kərimliyə gələn maliyyə vəsaitlərinə nəzarət etdiyini bildirdiyi deyilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.