banner
banner

Gündəm

Sabiq icra başçısı sağdır - qardaşı ilə görüşdürüldü - EKSKLÜZİV+FOTO

Sabiq icra başçısı sağdır -

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmov sağdır.

CİA.az musavat.com-a istinadən xəbər verir ki, qardaşı Valeh Rüstəmov Saleh Rüstəmovla görüşə buraxılıb.

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov da hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısındadır.

Onun da bir neçə dəqiqə sonra müvəkkili ilə görüşə buraxılacağı gözlənilir.

Əlavə məlumat veriləcək.

Bildirək ki, S.Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı olub.

S.Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmov Şəmkirdə saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

AXCP rəhbərliyi tərəfindən S.Rüstəmovun saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verilərək öldürüldüyü iddia edilirdi.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, indiki an

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov

1d0ad921-314e-4800-a771-3eef83ae6076.jpg (160 KB)

Saleh Rüstəmovun vəkili və Milli Şura üzvü Eldəniz Quliyev

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.