banner
banner

Gündəm

“Trio” çəkdi, üç manatlıq hörməti qalmadı - İbrahimbəyovun titulları alına bilər

“Trio” çəkdi, üç manatlıq hörməti qalmadı

Artıq bir neçə gündür ki, xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu “Qafqaz triosu” adlı filmi ölkə gündəmində müzakirə edilir.

Film barədə ilk etirazı tanınmış kinorejissor Ayaz Salayev bildirib. O, “Bakinskiy raboçiy” qəzetində 23 may 2018-ci il tarixdə geniş məqalə ilə çıxış edib. Məqalə “Rüstəm İbrahimbəyov və onun ermənilərin faciələrində azərbaycanlıların günahkar olması haqda filmi” adlanır.

2015-ci ildə çəkilmiş filmin 3 ildən sonra gündəmə gəlməsinə tanınmış kinorejissor Ayaz Salayev modern.az saytına açıqlamasında münasibət bildirib.

“Qafqaz triosu” filminə yarım il bundan qabaq baxmışam. 3-4 ay olardı ki, bu filmlə bağlı tərəddüd edirdim. Yazım, yoxsa yazmayım...  Burada heç nə yoxdur. Əsas mənbə mənəm. Tam məsuliyyətimlə deyirəm. Bu, planlaşdırılmış məsələ deyil. Sadəcə, məni narahat etdiyinə görə ürəyimi boşaltmaq qərarına gəldim. Yazdım və çap edildi. Burada öncədən planlaşdırılmış, sifarişli heç nə yoxdur" deyə, o bildirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da məsələyə münasibət bildirib: “Rüstəm İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmədiyi üçün xalqını aşağılayır. Belələrinə satqın da, nankor da demək olar. Bunu ancaq pisləmək olar. Azərbaycanın dünyada tanındığı vaxtda belə addım satqınlıqdan, nankorluqdan başqa bir şey deyil”.

Cəmil Quliyev ile ilgili görsel sonucu

“Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə yadda qalıb” deyən Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev filmin başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulduğunu söyləyib: “Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş mövqeyindən çıxış edir, özünə siyasi dividend qazandırır. Bütün bunlar da düşmənin dəyirmanına su tökməkdir”.

Mədəniyyət Nazirliyi də Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qəti şəkildə pislədiyini, yaradıcılığının son illərini Vətənə, içərisindən çıxdığı xalqa dönük insan olaraq yaşayan kinodramaturqun bu ikrah doğuran əməllərindən dərin təəssüf hissi keçirdiyini bəyan edib.

Fəxrəddin Manafov ile ilgili görsel sonucu

Sənətçilər  də filmlə bağlı sərt reaksiyalar verib. Fəxrəddin Manafov AzTV-də Rüstəmbəyovun filminin müzakirəsi ilə bağlı verilişdə iştirak edib. F.Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib. Azərbaycan Dövlət Televiziyasının “Günün Nəbzi” verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib: “Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fakto orda yoxam, de-yure məni ordan xaric eləyin. Mən bundan sonra o qurumda iştirak etmək fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın.O qurumda artıq heç kəs qalan deyil”.

“Qafqaz triosu” ile ilgili görsel sonucu

Maraqlıdır, niyə 2015-ci ildə çəkilən “Qafqaz triosu” niyə bu günə qədər diqqət olmayıb?

Qeyd edək ki, filmin tamamlanma işləri 2015-ci ilin iyunun sonunda başa çatıb, 2017-ci ildə isə internet resursularında yerləşdirilib. Ayaz Salayev sualımıza cavab olaraq bildirdi ki, film Gürcüstanda çəkildiyindən və qəhrəmanlar gürcü aktyoru olduğundan kino qurumları ona nəzarət edə bilməyib:

“Bu filmə Azərbaycan Mədəniyyət Nazirliyinin heç bir dəxli yoxdur. Yəni Azərbaycan kino qurumlarının, Mədəniyyət Nazirliyinin, vətəndaşlarının heç bir dəxli, aidiyyəti yoxdur”.

Oqtay Mirqasımov ile ilgili görsel sonucu

Tanınmış kinorejissor, xalq artisti Oqtay Mirqasımov “Yeni Müsavat”a açıqlamasında qalmaqallı filmə baxdığını deyib:

“Qeyd edim ki, film sənət əsəri kimi çox bəsit və primitivdir. Burada bilmirəm, müəlliflər düşünüb, ya hansısa sifarişçilərin məqsədidir ki, bu boyda siyasi, hüquqi, faciə baş verib, lakin sanki ayrı-ayrı insanlar arasında olan anlaşılmazlıq kimi qələmə verilib.  Filmin əvvəlində belə bir yazı gedir - ərazi baxımdan Azərbaycanda yerləşən Dağlıq Qarabağ vilayəti öz müstəqilliyini elan etdi. Ərazi baxımından? Sual verən lazımdır ki, niyə ərazi baxımından? Qarabağın ərazi, tarixi, hüquqi baxımdan da əzəli Azərbaycan torpaqları olduğu kimə məlum deyil ki?

Filmdə elə səhnələr var ki, qətiyyən ağlasığan deyil. Azərbaycan ailəsindən olan uşaq heç vaxt kiminsə başına daş atmaz. Bu, azərbaycanlı əxlaqına, təbiətinə xas olmayan xüsusiyyətdir. Bizim millət sülhsevər, humanist, hətta bir az da sadəlövhdür, hər kəsə də inanır. Elə son illər başımıza gələnlər, xalqımıza qarşı əsassız ərazi iddiaları da məhz bu sadəlövhlüyün nəticəsidir. Bizim xalqımızda qəddarlıq, xəyanətkarlıq yoxdur".

Onu da qeyd edək ki, artıq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında istefalar başlayıb.

Rüstəm İbrahimbəyov Azərbaycan SSR əməkdar incəsənət xadimi, xalq yazıçısı adını alıb, “Şöhrət” ordeninə layiq görülüb. Bu günə qədər o, “Bir cənub şəhərində”, “Ölsəm... bağışla”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Əli və Nino”  kimi məşhur filmlərin ssenari müəllifi olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.