Bir müddət əvvəl boşandıqları iddia olunan Beren Saat və Kənan Doğulu yaxın dostalarından birinin doğum günü partisində görüntülənib. Əl-ələ tutan cütlük ayrılmadıqlarını sübut ediblər.
Çıxışda jurnalistlərin suallarını cavablandırmayan Kənan və Berenin xoşbəxt olduğu da gözdən yayınmayıb. Qeyd edək ki, bir neçə gün öncə alış-veriş mərkəzində paparazzilərə tuş gələn aktrisanın nişan üzüyünü taxmaması diqqətdən yayınmayıb. Bundan başqa, Berenin Kənanın bacısının ad gününə getməməsi də izləyicilərdə ayrılıqla bağlı şübhələrin yaranmasına səbəb olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.