Məcburi köçkün ailəsində üçəm doğulub - valideynlər kömək istəyir
Kəlbəcərdən məcburi köçkün düşən Tağıyevlər ailəsində 12 ildən sonra ilk övlad dünyaya gəlib. Azərbaycandakı klinikalarda və xaricdə aldıqları uzunmüddətli müalicə prosesindən sonra 1984-cü il təvəllüdlü Pərvanə Tağıyevanın üçəmləri doğulub.
Bu barədə Modern.az-a uşaqların atası Mərdan Tağıyev məlumat verib.
O qeyd edib ki, uşaqlar mart ayının 5-də Mərkəzi Klinikada qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Anada doğuş sancıları vaxtından əvvəl başladığından və həyati riski olduğundan həkim Mahirə İsmayılova 7 aylıq ikən uşaqların əməliyyatla götürülməsini məsləhət görüb. Uşaqlardan ikisi qız, biri oğlandır. Çəkiləri 1,250, 1,350 və 1,350 kiloqramdır.
“Həkim Mahirə İsmayılova bildirdi ki, uşaqlar aparatdan ayrıldıqdan sonra vəziyyətləri stabilləşsə belə, ən azı 15 gün müddətində küveyzdə saxlanılmalıdır. Vəziyyətləri kritik olan zaman bir uşağın küveyzdə saxlanılması üçün 250 manat, vəziyyət stabilləşdikdən sonra isə 160-170 manat ödəyirik. Özüm Tərtərin Seyidli kəndində sürücü işləyirəm, aylıq gəlirim 150 manatdır. Mətbuat vasitəsilə müraciət edərək, bizə kömək göstərilməsini xahiş edirik. Hər şeyimizi müalicələrə və doğuşdan sonrakı prosedurlar üçün satmışıq. Xəstəxana rəhbərliyindən, həkimlərdən çox razıyıq”-deyə körpələrin atası bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.