banner
banner

Hərbİ

Rusiyalı hərbçilər Ermənistanda mina basdırırlar

Rusiyalı hərbçilər Ermənistanda mina basdırırlar

Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) Ermənistanda yerləşən hərbi bazasında mühəndis qoşunlarının səhra məşqləri başlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə CHD-nin mətbuat xidməti xəbər yayıb.

“2200 metr hündürlükdə keçiriləcək praktiki məşqlərdə mühəndislər tək-tək qaydada və qrup şəklində kompleks tədris tapşırıqlarını yerinə yetirəcəklər. Onlar hərbi texnikanın idarə olunması üzrə normativləri yerinə yetirəcək, ərazidə kəşfiyyat və şübhəli partlayıcı elementlərin aşkarlanması üzrə tədbirlər həyata keçirəcək, müdafiə tikililəri inşa edəcək, su hövzələrində keçidlər hazırlayacaq və mina sahələri quraşdıracaq”, - deyə, məlumatda bildirilir.

Məşqlər bir ay ərzində davam edəcək, burada 100-dən çox hərbçi və 30-ya yaxın hərbi texnika iştirak edəcək.

Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.

Bu baza MDB Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu ilin avqustunda hər iki ölkə bazanın yerləşdirilməsi haqqında müqavilənin müddətini 2044-cü ilədək artırıblar. Baza S-300 sistemləri və MiQ-29 qırıcıları ilə təchiz olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.