Nazirlik: Göyçay çayında suyun səviyyəsi azalıb - azalma sabah da davam edəcək
Göyçayda selin yaranma səbəbi yalnız Qəbələ və İsmayllı rayonlarında yağan güclü leysan yağışları olub və dağ çaylarından, eləcə də Göyçay çayından qısamüddətli selin keçəcəyinin gözlənildiyi barədə əvvəlcədən proqnoz verilmişdi.
Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, iyunun 1-i gündüzdən 2-si səhərədək və iyunun 2-si gündüzdən 3-ü səhərədək Böyük Qafqazın cənub yamacına yağan leysan nəticəsində çayların suyunun, xüsusilə Göyçayın çayının yuxarı axarı olan və Göyçay çayına axan Dəmiraparançay, Tikanlıçayda və Ax-Ox çayda suyun səviyyəsi kəskin artıb:
"İyunun 3-də Göyçayın Qarasu məntəqəsində suyun səviyyəsi 212 sm artaraq 411 sm olub. Bu gündən isə çayın suyunun səviyyəsi azalmağa başlayıb. Artıq bu gün Göyçay çayında suyun səviyyəsi 31 sm azalıb. Azalmanın sabah da davam edəcəyi gözlənilir".
Baş hidroloq qeyd edib ki, Göyçayda builkindən də güclü sellər olub: "Göyçay çayında ən güclü sel 1963-cü ilin 4 iyul tarixində qeydə alınıb. Həmin zaman çayda su sərfi saniyədə 424 kubmetr olub. Çayın yuxarı axını olan Türyançayda 1963-cü ildə, Dəmirarapançayda və Tikanlıçayda isə 1985-ci ildə güclü sel olub. Son illəri götürdükdə isə Göyçay çayında ən yüksək səviyyə 2010-cu il iyunun 7-də qeydə alınıb. Lakin həmin vaxt da suyun səviyyəsi 1963-cü ildən az olub".
A.Verdiyev bildirib ki, Göyçay çayı Kür çayına töküldüyündən həmin çayda da suyun səviyyəsində artım müşahidə edlir: "İyunun 3-də Kürün Zərdab məntəqəsində suyun səviyyəsi 57, bu gün isə 17 sm artıb. Lakin bu artım Kür üçün böyük artım hesab olunmur".
Baş hidroloq deyib ki, ümumilikdə son 3 gün ərzində (2, 3, 4 iyun) Kürün Zərdab məntəqəsində suyun səviyyəsi 74, Surra məntəqəsində (Sabirabad) 103, Şirvan məntəqəsində 58, Salyanda isə 16 sm artıb.
Xatırladaq ki, Göyçay çayının Göyçay rayonu ərazisindən keçən hissəsində sel avtomobil və piyada körpülərini dağıdıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.