Dünyada böhranların nizamlanması üçün Qərbin Rusiyaya ehtiyacı var, lakin Rusiyanın G-8 formatına qayıtması Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır.
APA-nın məlumatına görə, bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Angela Merkel bəyan edib. “Mən Rusiyanın qayıdışını təsəvvür edə bilərəm. Lakin əvvəlcə Minsk razılaşmasının yerinə yetirilməsində irəliləyiş baş verməlidir”, deyə A.Merkel qeyd edib.
O həmçinin İtaliyanın Rusiyaya qarşı tətbiq edilən sanksiya rejiminə sadiq qalacağına ümid edib: “Düşünürəm ki, İtaliya bizimlə razıdır və G-7 sammitində səslənən fikirlərə uyğun hərəkət etmək niyyətindədir”.
Bu günlərdə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “Böyük yeddiliyə” qayıtmalıdır. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Rusiya G7-də iştirak etməlidir. İtaliyanın baş naziri Cuzeppe Rossi isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacağını bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.