Türkiyəli aktrisa Ceyda Tepeliler social media hesabından etdiyi paylaşımla hər kəsin diqqətini çəkib. Aktrisa keçmiş sevgilisinin fotosunu paylaşaraq sərt sözlər yazıb:
“Niyə ayrıldığımız haqda suallar gəlir. Çünki qadınlara zor tətbiq edən, evə eskort çağıran, yalanlar danışan və xəyanət edən bir tip idi. Qurtulduğum üçün xoşbəxtəm”. Qeyd edək ki, Ceyda “Arka sokaklar”, “Dinle sevgili” kimi seriallarda rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.