banner
banner

Gündəm

Azərbaycanda deputat vəfat edib

Azərbaycanda deputat vəfat edib

Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli uzun sürən xəstəlikdən sonra vəfat edib.

"Report"un məlumatına görə, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi kimi də tanınır.

2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.

Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.