banner
banner

Gündəm

Qazağın icra başçısına ittiham - “Meşəni qırdırır”

Qazağın icra başçısına ittiham -

Qazax rayon sakini Azər Məmmədli “Yeni Müsavat” qəzetinə müraciət edərək, rayonda 54 hektar meşə sahəsinin məhv edilməsi ilə bağlı məlumat verib. Şikayətçi bildirib ki, müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəlib. O, şikayətini geniş formada aşağıdakı kimi bildirib:

“Bildirmək istəyirəm ki, 1969-cu ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə salınmış 54 hektar meşə sahəsinin (25 mindən çox ağac var) artıq yüzlərlə ağacı qırılıb. Meşənin Qazax bələdiyyəsinin mülkiyyətinə heç bir aidiyyəti olmasa da Qazax bələdiyyəsi tərəfindən ”Turan bank"da hesab açılıb və hər sotunu 800 manatdan vətəndaşlara satmaq adı ilə hesaba pul köçürülür. Torpağın satılmasına və vətəndaşlar tərəfindən hesaba köçürülən pullara birbaşa Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov nəzarət edir.

qazax rayon icra hakimiyyeti.jpg (24 KB)

“Turan bank”a pulların köçürülməsi tam qeyri-qanunidir və mənimsənilir. Sənədləşməni isə guya 6 aydan sonra edəcəklər. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etmişəm. Müraciətlərimdən sonra icra başçısı ayrı-ayrı vətəndaşları qəbul edərək hədə-qorxu gəlib və mənə qarşı müxtəlif şikayət məktubu yazdırıb. Həmçinin o, məni tutdurmaqla da hədələyib. Qeyd etdiyim meşədən başqa, Qazax şəhərində ümumi istifadədə olan torpaq sahələrini 100-ə yaxın vətəndaşa satmaq adı ilə yenə də pul mənimsəyiblər. Onlar vətəndaşlardan torpağın müqabilində bələdiyyənin hesabına külli miqdarda pul keçirmələrini istəyiblər. Aldadılmış insanların içərisində şəhid ailələri, Qarabağ qaziləri də var. Misal üçün, Səməd Vurğun küçəsi, döngə 6 ünvanında 12 nəfər, Əliağa Şıxlinski küçəsində isə 13 nəfər aldadılıb. Ümumilikdə isə belə misallar 100-ə yaxındır".

Məsələ ilə bağlı münasibət öyrənmək üçün öncə Qazax Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, məsələdən məlumatlı deyillər. İcra hakimiyyətinin digər şöbələrindən də səslənən ittihamlarla bağlı münasibət ala bilmədik. Ya zəngimizə cavab vermədilər, ya da bildirdilər ki, məsələ barəsində məlumatlı deyillər...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.