Bakı bulvarında insanların həyatı üçün ciddi təhlükə var.
CİA.Az xəbər verir ki, Dənizkənarı Milli Parkda gündüzlər səyahət gəmilərinə minik üçün nəzərdə tutulan yer gecələr bağlanmır. Bu isə bulvarda gecələr gəzintiyə çıxanlar, xüsusilə uşaqlar üçün ciddi təhlükə yaradır. Uşaqları bir neçə saniyəlik gözdən buraxmaq kifayətdir ki, onların dənizə düşməsi təhlükəsi yaşansın. Üstəlik, qaranlıq saatlarda həmin yerin açıq qaldığı yalnız diqqətlə baxdıqda görünür.
CİA.Az insanların həyatı üçün təhlükə yaradan yerdən çəkilmiş fotoları təqdim edir:
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.