Kütləvi zəhərlənmələr, yanğınlar – Azərbaycana qarşı xain təxribata start verilib?!
Son bir ayda ölkədə müəmmalı proseslər baş verir. Səbəbi dəqiq bilinməyən pambıq zəhərlənmələri, həmçinin Bakıda dalbadal baş verən yanğınlar haqda müzakirələrdə təxribat versiyalarına da rast gəlinir. İlk baxışda bunlar bir təxəyyül məhsulu təsiri bağışlasa da, burada həqiqət payının axtarılmasını vacib hesab edən ciddi ekspertlər də çoxdur.
Məsələ ondadır ki, pambıq sahələrində zəhərlənmələr sanki bir tendensiya halını aldı. Hansı ki, əvvəlki illərdə də pambıq kollarını ziyanverici həşəratlardan qorumaq, məhsuldarlığı artırmaq üçün ona xüsusi dərman preparatları vurulub. Amma heç bir vaxt sahələrdə çalışanların bu cür kütləvi zəhərlənməsi halları baş verməyib. Bəs bu il niyə bunlar baş verdi? Diqqətçəkən məqam kütləvi zəhərlənmələrin kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparıldığı, bu sahəyə bacarıqlı və təmiz reputasiyalı bir gəncin nazir təyin olunması ilə bir vaxtda baş verməsidir. Bu da təxribat, ya da sabotaj versiyalarını daha inandırıcı edir.
dÉrnÉgül bazarında ile ilgili görsel sonucu
Nəzərə alsaq ki, pambıqçılıq strateji sahə kimi hökumətin prioritetlərindən biridir, o zaman son baş verən olaylar təbii olaraq sabotaj təsiri də bağışlayır. Və sual yaranır; nədən ilk zəhərlənmə hadisəsindən sonra buna səbəb olan amillərin qarşısı alınmadı və digər rayonlarda, sahələrdə təkrarlanmaması üçün tədbirlər görülmədi? Əlbəttə, heç şübhəsiz ki, ilk hadisədən sonra müvafiq strukturlara bununla bağlı xüsusi göstərişlər verilib. Amma zəhərlənmələr davam etdi. Bununla da məlum hadisələrin təsadüfi olmadığı qənaətinə gələnlər də çox oldu.
Habelə, zəhərlənmə olayları ilə yanaşı, eyni vaxtda xüsusilə Bakı şəhərində sahibkarlıq subyektlərində dalbadal yanğınların baş verməsi də diqqəti çəkir. Düzdür, yay aylarında yanğınlar ötən illərdə də baş verib. Amma builki qədər kütləvi hal almayıb. Son 15 gündə Bakıda ən azı 5 yanğın hadisəsi baş verib. Bunların da çoxunda sahibkarlara böyük miqdarda ziyan dəyib. Sahibkarlığın inkişafı ilə bağlı ciddi islahatlar həyata keçirildiyi bir vaxtda iş adamlarının obyektlərində yanğınlar çıxması, onlarla biznesmenin təbii olaraq kompensasiya, ziyanın ödənilməsi məsələlərində narazılıqlarının yaranması da ölkəmizə, hakimiyyətə qarşı xain təxribat ola bilər.
İlgili resim
“Diqqətçəkən məqam kütləvi zəhərlənmələrin kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparıldığı, bu sahəyə bacarıqlı və təmiz reputasiyalı bir gəncin nazir təyin olunduğu bir vaxtda baş verməsidir. Bu da təxribat, ya da sabotaj versiyalarını daha inandırıcı edir”
Bu təxribatların müəlliflərinin isə xarici və onlara maşalıq edən ölkədaxili qüvvələr olması ehtimalının müzakirə hüququ var. Azərbaycanın bölgədə xüsusi bir yüksək mövqeyə çıxdığı, TANAP layihəsinin açılışı olan bir ərəfədə ölkəmizə qarşı bu cür təxribatların daha çox ölkə xaricində hazırlandığı, buradakı “narazıların” əli ilə dövriyyəyə soxulduğu ağlabatandır. Nəzərə alsaq ki, Azərbaycan xüsusilə mövqelərini gücləndirdiyi vaxtlarda daim şimaldan və cənubdan bu cür təhdidlərə məruz qalıb, onda son hadisələrdə təxribat versiyalarını əsassız saymaq olmaz. Habelə, Ermənistandakı qarışıqlıq dönəmində Azərbaycan üstün mövqeyə çıxıb, Günnüt kəndinin azad edilməsi də düşmənlərimizi, ölkəmizi sevməyən qüvvələri, eyni zamanda daxildəki xainləri hərəkətə gətirə bilər. Bu baxımdan güc və təhlükəsizlik strukturları ilə yanaşı, vətəndaşların da son dərəcə ayıq-sayıq olması gərəkdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.