Müğənni Yusif Mustafayev həyat yoldaşına olan sevgisindən, gənc ailələrdən danışıb.
Bu barədə müğənni, “Hər şey daxil” verilişinin qonağı olan ifaçı qızların erkən yaşda ərə getməsinin tərəfdarı olduğunu bildirib:
“İlk sevgini səkkizinci sinifdə yaşamışam. Bunun yerini başqa heç nə vermir. Yoldaşım əmim qızıdır. Bu sözlərimdən inciməz. Amma 40 yaşdan sonra insan başqa cür sevməyə başlayır. 40-dan sonra həyat yoldaşımı lap çox sevirəm. Fikrimcə, oğlan 25 yaşında ailə qurmalıdır. Çünki o yaşda püxtələşir, özünü tanıyır. Qızlar isə 16-17, ən gec 18 yaşında ərə getməlidir. Həyat yoldaşım mənə gələndə 16 yaşı var idi. Məni elə gözəl başa düşür ki... Çox ağıllıdır. Onun məsləhətlərinə, dediklərinə əməl edirəm, peşman olmuram. Mən dünyanı fərqli görürəm. Bizim nəsildə boşanma söhbəti olmayıb. Ailə müqəddəsdir. Bu addımı həyatda bir dəfə atmalısan. Qız uşağı evimə gəlin gəlirsə, bakirəliyi mənim evimdə pozulmalıdır. Bəziləri gedir ikinci, üçüncü dəfə ailə qurur. Mən köhnəfikirli insanam, buna yaxşı baxmıram”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.