İcra başçsının qardaşı danışdı: "Elmara güllə atanı Milli Qəhrəman elədilər" - FOTO
“Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.
Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev olaya münasibətində bildirib.
Gununsesi.info saytına açıqlamasında Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.
Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.
“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi”sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.