banner
banner

Şou

"Bu bazarda işləməli idi, bazar adamını efirə gətiriblər"

"Bu bazarda işləməli idi, bazar adamını efirə gətiriblər"

ATV-nin aparıcısı Mətanət Əlverdiyevanın müğənni Əli Mirəliyev barəsində dediyi “Səsi yoxdur” ifadəsi cavabsız qalmayıb.

Lent.az-la əlaqə saxlayan Ə.Mirəliyev aparıcının cavabını verib: “Bir vaxt ANS-dən atılmış insan indi gəlib ATV-ə hər gün 2 saat camaata dərs keçir. Mənim barəmdə tənqidi fikir söyləyən aparıcıdır. Müğənni, bəstəkar olsa idi, yenə də nəsə demək olardı. Bu bədbəxt qadın bilmir ki, Azərbaycan musiqisi nədir. Deyir ki, “Əli Mirəliyevin səsi yoxdur”. Yaxşı, əgər mənim səsim yoxdursa, o boyda Azərbaycan musiqisinin korifeyləri Cahangir Cahangirov, Səyid Rüstəmov və digərləri mənim sənətimə niyə qiymət veriblər? Səsi olmayan bir insan Bədi Şuranı necə keçə bilərdi? Əksinə, indi səsi olmayanlar oxuyur. Bu adam gör nə qədər çaşıb ki, 45 il sənətdə olmuş bir insan barəsində bu sözləri deyir. Sabah o istəsə, deyəcək ki, heç Rəşid Behbudovu da sevmirlər. Ay bədbəxt, ay bədbəxt qadın, sən nə bilirsən musiqi nədir? Bu bazarda işləməli idi, bazar adamını efirə gətiriblər. İndi gəlib efirə çıxıb, gündə bir paltar geyinir. Amma ANS-dən gələndə acından ölürdü. Amma indi... Mən hər şeyə diqqət edən insanam. Bir məsəl var: “Keçmişini unudan xalqın, gələcəyi olmur”.

 

Qeyd edək ki, M.Əlverdiyeva ötən gün “Gündəlik” verilişində Ə.Mirəliyev barəsində bu sözləri demişdi: “İndi Əli müəllimin qulaqları cingildəyir. Səsi var ki, oxusun? Onun səsi olmayıb. Mənim də musiqi anlayışım var. O, sadəcə musiqinin qrammatikasını güclü bilir. Amma səsi yoxdur.  Neçə dəfə verilişimə gəlib, 40 il əvvəl yazdırdığı mahnıları oxuyur. Bəlkə də mən doğulmamışdım, o mahnılar yazılanda. Yeni mahnılar oxumur. Ancaq başqalarına söz atmaqla gündəmə gəlir. Əsəbiləşirəm. Ondan danışıb, onu reklam etmək istəmirəm. Səsin yoxdursa, gərək səhnə etikan olsun. O da yoxdursa, daha mənim ona sözüm yoxdur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.