banner
banner

Sosİal

Tətil günlərində dəyişiklik edilib

Tətil günlərində dəyişiklik edilib
Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik edilib.

 

Təhsil Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.

 

Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.

 

6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.