Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız açıqlama verib. İzləyicilərindən biri onun sosial media paylaşımına “İbrahim bəy sizi və qızını qorusun” sözlərini yazıb. Ayşegül isə izləyicisinə belə cavab verib:
“Bu günə qədər çıxıb bizi müdafiə etmədiyi üçün cəsarət edib danışa bilirlər.mən də ona əsəbiləşirəm. başqa nə deyə bilərəm. hər kəsin canı sağ olsun”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.