Ata məhkəməyə müraciət etdi - Qızını ondan icazəsiz seriala çəkiblər
İki il bundan əvvəl Star TV-də yayımlanan “Anne” serialında rol alan uşağın atasından icazəsiz ekran işinə çəkilməsi qalmaqala səbəb olub. Uşağın atası Mehmet Atılgan 7 yaşlı övladının ekran işinə icazəsiz çəkildiyini iddia edərək keçmiş arvadını məhkəməyə verib.
O, serialı bu yaxınlarda izlədiyini və qızını təsadüfən orada gördüyünü bildirib. Məlum olub ki, uşağın anası Meltem Atılgan həyat yoldaşı ilə boşandıqdan sonra qızını aktyor agentliklərindən birinə yazdırıb. Uşaq bir neçə serialda epizodik rollar oynayıb, onlardan biri də "Anne" serialı olub.
32 yaşlı qadın polisə ifadəsində məsələdən keçmiş həyat yoldaşının xəbərdar olduğunu, M. Atılganın “Sən mənim yerimə müqaviləyə imza at” dediyini bəyan dedib.
Prokurorluğun araşdırmasından sonra ana Meltem Atılgan haqqında cinayət işi açılıb. Araşdırmalardan sonra məlum olub ki, ana ərinin adından müqaviləyə imza ataraq saxtakarlığa yol verib. O, bununla pul qazanmaq istəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.