XXI əsrdə səslənməsi qəribə görünsə də, hələ də vaqonda yerləşən məktəblər var.
“Qafqazinfo” xəbər verir ki, belə məktəblərdən biri də Bərdədə dəmir yol vağzalında yerləşən Ağdam köckün məktəbidir. Bu ərazidə bir necə il bundan əvvəl Qarabağdan didərgin düşən məcburi köçkünlər məskunlaşıb. Vaqonlarda yaşayan məcburi köckünlər yeni tikilən qəsəbələrə köcürülsə də məktəb yerində qalıb. Burada faliyyət gösətərən Təhsil nazirliyinin Ağdam 122 saylı köckün orta məktəbi isə əraziyə qoyulmuş bir neçə yük vaqonuna sığınıb.Yerli sakinlərin sözlərinə görə, 15 ildən coxdu ki, Dəmir yol vağzalında yerləşən bu məktəb 4 vaqondan ibarətdir. Vaqon məktəbdə nə kompüter otağı, nə idman zalı, nə də ki idman meydançası var. Məktəbin tualetidə yox vəziyyətindədir.
Məktəbdə Ağdamdan və işğal altında olan digər ərazilərdən olan məcburi köçkün uşaqlar təhsil alır. Vəziyyət nə qədər ağır olsa da, vaqon məktəb iş qrafikinə uyğun faliyyət göstərir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.