Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın tanıdılması məqsədilə “English Time” Tədris Mərkəzi ilə birgə “Çək və paylaş” (“Record and Share”) adlı layihə həyata keçirir.
Layihənin məqsədi gənclərin araşdırma aparmaq bacarığını inkişaf etdirmək, ölkəmizin mədəniyyətini, tarixini gənclər vasitəsilə dünyaya çatdırmaq, eyni zamanda, onların bu sahədə fəaliyyətini stimullaşdırmaqdır.
Layihə çərçivəsində iştirakçılar Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyəti və “Bakı-2015” birinci Avropa Oyunları mövzularından birini əhatə edən üç dəqiqəlik videoçarx hazırlamalıdırlar. Azərbaycan və ya ingilis dilində hazırlanacaq videoçarxlar aprelin 15-dək “[email protected]” e-poçt ünvanına göndərilməlidir.
Müsabiqədə I, II yerlərin qalibləri müvafiq olaraq İngiltərədə və Türkiyədə ikihəftəlik ingilis dili təhsili (uçuş və qalmaq xərcləri daxil), hüququ qazanacaqlar. Üçüncü pillənin sahibi isə “English Time” Tədris Mərkəzinin Bakı filialında 9 aylıq təhsil almaq imkanına nail olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.