banner
banner

Gündəm

Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək

Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, tədbirə Türkiyə, Avropa və Azərbaycandan millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri qatılacaq. Türkiyədən qırx nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gələcəklər.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

21 iyul 2018-ci il, saat 10.00-da, “Qafqaz Bakı” Hotelində öz işinə başlayacaq Beynəlxalq Media Forumunun panellərində “Akşam” qəzetindən Emin Pazarcı, “Kanal 7″dən Mehmet Acet, İbrahim Erdoğan, “İnternet Haber”dən Hadi Özışık, “Hürriyət” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ülkə TV”-dən Hasan Öztürk, “Kanal 24″dən Melik Yiğitel, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmacı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin maliyyə dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək Beynəlxaq Media Forumuna Azərbaycan Türkiyə Evi və İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası dəstək verir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.