Xəbər verdiyimiz kimi, bir müddət əvvəl müğənni Kibariyə xəyanət xəbərləri ilə gündəmə gəlmişdi.
Müğənninin əri Ali Küçükbalçıkın ona xəyanət etməsi haqda iddialar ortaya atılmışdı. Kibariyə isə əvvəlcə boşanacağını desə də sonrada bu fikrindən daşınmışdı.
Yeni yayılan xəbərlərə görə, Ali yenidən Bodrumda bir xanımla görüntülənib. İkilinin səmimi halları diqqətdən qaçmayıb. Bu barədə nə Kibariyə, nə də Ali açıqlama verməyib. Qeyd edək ki, müğənni 58, həyat yoldaşı isə 37 yaşındadır. Cütlüyün bir qız övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.