Cennifer Eniston da digər məşhurlar kimi yay istirahətinə yollanıb. Aktrisa İtaliyada ən məşhur istirahət məkanlarından olan Portofinoda dincəlir.
Bura çəkiliş üçün gələn Cennifer dincəlməyə də vaxt ayırıb. Aktrisa ekran işində keçmiş sevgilisi Adam Sendlerlə birlikdə çəkilir. Günəş vannası qəbul edən Eniston paparassilərin obyektivindən qaça bilməyib. Əhvalı yaxşı olan aktrisanın xoşbəxt günlərinin səbəbinin yaşadığı eşq olduğu deyilib. Belə ki, ingilis mediası onun 44 yaşlı amerikalı milyarder Sergey Brina ilə görüşdüyünü yazıb. Onları Qvinet Peltrou tanış edib. Eniston bu münasibətdən çox məmnundur. Aktrisanın milyarderlə eşqi isə həm dərgilərdə, həm internet protallarında, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.