banner
banner

Gündəm

NASA Marsda yaşayış layihələrini təqdim edib

NASA Marsda yaşayış layihələrini təqdim edib

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) Marsda astronavtlar üçün yaşayış yerinin hazırlanması üzrə yarışmanın finalçılarını seçib.

Trend-in məlumatına görə, birinci yerə Arkanzasdan olan komanda çıxıb. Onların fikrincə, robotlar Marsda evin tikilməsi üçün zəruri resursları toplayacaq, bundan sonra isə evi 3D-printerlər vasitəsi ilə çap etmək mümkün olacaq.

Müəliflər bildirir ki, bu texnologiya binanın sahəsini, bununla yanaşı sakinlərin sayını da artırmağa imkan verəcək.

 

Ən yaxşı beş layihənin yaradıcıları öz aralarında 100 min dollar məbləğində mükafat fondunu bölüşdürüblər. Onların işləri NASA-nın rəsmi saytında yerləşdirilib.

Dünyanın hər yerindən 18 komandanın iştirak etdiyi yarışma 2014-cü ildə elan olunub. Təşkilatçılar ümid edir ki, iştirakçılar insanlığı yeni planetlərin müstəmləkələşdirilməsinə yaxınlaşdıra biləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.