banner
banner

Gündəm

Adnan Oktar gözəl qızları necə aldadıb? – “Reklam ulduzu” olacaqmışlar

Adnan Oktar gözəl qızları necə aldadıb? –

Adnan Oktar cinayətkar qruplaşmasında “qızgətirmə imamı” olan Bora Yıldızın aldada bilmədiyi qızlar üçün Oktara zəng edib, taktikalar öyrəndiyi ortaya çıxıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən cinayətkar qrupla bağlı aparılan istintaq nəticəsində hər gün ortaya yeni qalmaqallı detallar çıxır. İstintaq çərçivəsində ifadə verən şahidlərdən biri deyib ki, qruplaşmaya gözəl qızları daxil etmək üçün xüsusi olaraq təlimatlandırılan və adı “qızgətirmə imamı” olan Bora Yıldız bəzən məqsədinə çatmaqda ciddi əngəllərlə üzləşirdi. Şahid ifadəsində aşağıdakıları deyib: "Adnan Oktara daim qızları necə aldadacağı ilə bağl təlimatlar verir. Məsələn, cinayətkar qrupun üzvü Bora Yıldız bizim yanımıza gəlib, daxili teleondan Adnan Oktara zəng edərək, heç cür aldada bilmədiyi qızlarla bağlı ondan məsləhət alır, Adnan Oktar da bu qızın necə tovlanacağı ilə bağlı təlimatlar verirdi”.

“Reklam edəcəyik” tələsi

Son dakika: Kızı Adnan Oktar grubu tarafından kandırılan anneden şoke eden sözler!

Qrupa qız gətirmə məsələsində Bora Yıldz Dolunay Tezin ilə bərabər hərəkət edirmiş. İkisi AVM-lərdə gəzir, gördükləri gözəl qızların yanına ilk olaraq Dolunay Tezin gedir və qıza çox gözəl olduğunu, özlərinin də reklam şirkətini təmsil etdiklərini deyir. O, daha sonra qıza istəyərsə onu reklam şirkətinin rəhbəri ilə tanış edə biləcəyini deyərək, onun cib telefonunu alır. 
Dolunay Tezin qızla yazışaraq onunla dost olur və etibarını qazanır. Daha sonra qızı Bora Yıldızın ofisinə gətirir və Yıldızı reklam şirkətinin müdiri olaraq tanış edir. Bora Yıldız burada qızla tanış olur və qısa müddətdə sevgili olurlar. 
Bunun ardınca isə qızları cinayətkar qruplaşmaya qız gətirmə məsələsində bərabər hərəkət etdikləri qrup üzvləri Ender Daban və Kartal Göktan ilə tanış edirlər. Qız təşkilatda 50-60 nəfərlə əlaqədə olandan sonra onların köləsi halına gəlir. Psixoloji və fiziki olaraq çöküntüyə uğrayan qız artıq Adnan Oktara təqdim edilməyə hazır hala gətirilir.

Televiziyada bəyənib, “gətirin” deyərdi

Adnan Oktar televiziyada gözəl aparıcı və spikerləri görəndə dərhal Boranı yanına çağırırmış. “Bora bu qızı mənə gətirsin”. Hətta Bora Yıldız bu üsulla bir neçə aparıcı və spikerlə də sevgili olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.