banner
banner

Sosİal

Şamaxıda kuratoru necə aldatdılar?

Şamaxıda kuratoru necə aldatdılar?

İcra Hakimiyyəti rayona gəlmiş admnistrasiya rəsmisini problemi olan yox, olmayan kəndə aparıblar

Şamaxıda sosial problemlər içində boğulan əhali ilə İcra Hakimiyyəti arasında baş qadırmış narazılıq davam edir. JAM.AZ-a verilən məlumata görə, hətta bəzi kəndlərdə yaranmış problem o həddə çatıb ki, proseslərin nəzarətdən çıxa biləcəyi iddia olunur.

Həmin məlumatda deyilir ki, məsələdən xəbərdar olan Prezident Admnistrasiyası yerli əhalinin şikayətlərini əsas tutaraq, Şamaxıya bölgə üzrə kurtoru göndərib. Sözügedən rəsmi Göylər, Carhan, Quşçu və Çaylı kəndlərinin problemləri, yolla bağlı üzləşdikləri dəhşətli vəziyyətlə yerindətanış olmaq istəyib və əhali ilə görüşməyə çalışıb.

JAM.AZ-a verilən məlumata görə, Şamaxı icra başçısının birinci müavini Qasım Qasımov isə vəziyyətdən çıxmaq üçün başqa bir yol tapıb. Belə ki, o, kuratoru Şamaxının Çaylı kəndinə aparıb. «Şamaxıda iki Çaylı kəndi var. Şikayət birinci Çaylı kəndindən olduğundan kuratoru ikinci Çaylı kəndinə aparıblar. Orada isə əhalinin heç bir şikayəti yoxdur. Və bununla da kuratoru inandırmağa nail olublar ki, edilən şikayətlərin heç bir əsası yoxdur».

JAM.AZ-a məlumat verən şəxslər bildiriblər ki, ən ağır vəziyyət Şamaxının Göylər kəndində yaşanır. «Bu kənddə qarşıdurma pik həddindədir. Yaxın vaxtlarda orada baş verəcək hadisələri hamımız biləcəyik. Durum çox kritikdir».



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.